Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu Alban kilsəsi daha qədim məbəd üzərində inşa edilib – Foto

Xristian abidəsində üçüncü tikinti qatı aşkarlanıb.

Balakən rayonu Tülü kəndi ərazisindəki ilk orta əsrlərə aid Qafqaz Albaniyasına məxsus xristian abidəsində üçüncü tikinti qatı aşkarlanıb.

Din.az bildirir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Kult.az-a verilən məlumata görə, institutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Natiq Alışovun bu ilin aprel-may aylarında apardığı tədqiqat işləri zamanı Tülü kilsəsinin uzunluğu 15, eni 10,50 m olan daha qədim dini ictimai tikili üzərində inşa edildiyi müəyyən edilib:

“Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılıb və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənib. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulub. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşib. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olub. Əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olan bu qəbirlərin bəzilərində təkrar dəfn həyata keçirilib.

Həmçinin aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlər kimi müxtəlif dövrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunub. Binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...