Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu Avropa ölkəsi sünnəti qadağan edəcək

Sünnəti qadağan edən qanun layihəsi gündəmdədir.

İslandiya və Finlandiyada uşaqların sünnət edilməsini qadağan edən qanun layihəsi gündəmdədir. İsveçdə isə artıq sünnət edilmənin qarşısını almaq üçün etiraz aksiyasına hazırlaşırlar.

Din.az xarici mediaya istinadən xəbər verir ki, İslandiyada 18 yaşından kiçik oğlan uşaqlarının sünnət edilməsini qadağan edən qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmaq üzrədir. Finlandiyada isə qız uşaqları və qadınların sünnət edilməsini qadağan edən yeni qanunun çıxarılması üçün toplanan 50 min imza parlamentə verilib.

Xüsusi qanunun çıxarılması üçün təkliflərə dəstək verən Uşaq Ombudsmanı Tuomas Kurttila bir adddım irəli gedərək oğlan uşaqlarının da sünnət edilməsinin qadağan olunmasını istəyir. Həm qız, həm də oğlan uşaqlarına zərər verən şəriət adətlərinə qarşı çıxmağı deyən Kurttila tibbi ehtiyac hallardan başqa sünnətin tamamilə qadağan edilməsini istəyib.

Qeyd edək ki, 2005-ci ildə İslandiyada qadın və gənc qızların sünnət edilməsi qadağan olunub.

Bundan başqa qanun tibbi ehtiyaclar xaricində yaşı 18-dən aşağı olan oğlan uşaqlarını sünnət etdirənləri 6 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, İslandiyada 800 müsəlman və 100 yəhudi yaşayır. Statistikaya görə, 2006-2016-cı illər arasında cəmi 14 oğlan uşağı dövlətə məxsus tibb ocaqlarında sünnət edilib. Əgər qanun layihəsi qəbul edilərsə, İslandiya oğlan uşaqlarının sünnət edilməsini qadağan edən ilk Avropa ölkəsi olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...