Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu Avropa ölkəsi vəhhabiliklə bağlı həyəcan təbili çaldı

“30 məsciddə vəhabiliyin təbliğatı aparılır.”

“Din.az”ın “İslamazeri.az”a istinadən verdiyi məlumata əsasən, Belçikada fəal şəkildə vəhabilik ideologiyasının təbliğatı aparılır. Bu haqda məlumat ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məruzədə verilib.

“Hər gün daha da çox məscid və islam mərkəzi vəhhabiliyin təsiri altına düşür. Hazırda bu hal mövcud 80 məscciddən 30-da yaşanır. Bu ideologiya xüsusən də Brüssel, Mehelen və Antverpen şəhərlərində fəal şəkildə təbliğ olunur.”

Xatırladaq ki, radikal ideologiya ilə mübarizə çərçivəsində Belçika hökuməti ilk dəfə işləməyə başlayan imamların maaşına təxminən 3,3 milyon avro pul ayırıb.

Krallıq hakimiyyətinin fikrincə, yeni müsəlman ilahiyyatçıların fəal şəkildə dəstəklənməsi “inteqrasiya edilmiş” islamın maksimum şəkildə yayılmasına imkan verəcək.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...