Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu avropa ölkəsində hicab qadağası aradan qaldırıla bilər

Hicab qadağasına qarşı çoxsaylı şikayətlər daxil olur.

Belçikanın ikinci böyük şəhəri olan Anvers baş örtüsü qadağasını aradan qaldırmağa hazırlaşır.

Din.az xəbər verir ki, qadağa üzərində çoxsaylı şikayətlərdən sonra düşünülməyə başlanılıb.

Hicab 2009-cu ildə Sosialist Partiyalı Robert Voorhammenin təklifi ilə yasaqlanıb.

Şəhərin təhsil nümayəndəsi Inge Verhaert dünyanın əvvəlkindən daha fərqli olduğunu, iş yerlərində və məktəblərdə daha çox insanın baş örtüsü taxmaq istədiyini bildirib.

“İş örtüsü taxdığı üçün neçə müəllimin dərsə girməsinə icazə verilməyib. Bu səbəbdən neçə savadlı müəllimimizi itirmişik” – deyə İnge Verhaert bildirib.

Təhsil işçisi əlavə edib ki, dərhal qadağa aradan qaldırılmalıdır.

Bu ay Anvers şəhər şurasında təhsil nümayəndəsinin təklifinə baxılacaq. Özəlliklə milliyətçi partiyalılar qərarın qüvvədə qalmasını istəyir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...