Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu axmaqlığa qarşı olan kitab niyə qadağan edilir?

“Dini maarifçiliyi təbliğ edən kitabların qadağan edilməsi daha təhlükəli vəziyyətdir”.

İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər.

Din.az Kult.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa qeyd edib. O, dini maarifçiliyi təbliğ edən kitabların qadağan edilməsinin daha təhlükəli vəziyyət yarada biləcəyini deyib:

“Bəli, islamda siğə, seyidlik, özünə fiziki əzab vermə mərasimləri, eləcə də indiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaragüruhçu qalxıb deyəcək ki, bəs indiyədək yaşamışıq, qoyun, olduğu kimi dinimizi “islam” adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik. Bir azdan Cəlil Məmmədquluzadənin “Ölülər”i də, Seyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı “din”i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, islam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş islam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin. Bunun üçün isə dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabların nəşrini, televiziya proqramlarını, məqalələrin yazılmasını stimullaşdırmalıdır. Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaqdır”.

Qeyd edək ki, ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur!” adlı kitabı məhkəmə qərarı ilə qadağan edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...