Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu cür əməllərin elmi, dini və məntiqi kökü yoxdur – Səyyad Salahlı

“Zəncir vurmaq, baş yarmaq, qan çıxarmaq köhnə adət-ənənələrdir.”

Azərbaycan islam dövlətləri içərisində ilk olaraq keçmişdən qalan zərərli dini adətləri və əlamətləri dəf edərək onun əvəzində mütərəqqi, insani, humanist addımlar atır. Ölkəmiz bu xüsusiyyətləri ilə digər islam dövlətlərindən seçilir.

Din.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

O qeyd edib ki, zəncir vurmaq, baş yarmaq, qan çıxarmaq köhnə adət-ənənələrdir və bunun nə dini, nə elmi, nə də məntiqi əsası var:

“Azərbaycan bu zərərli adətlərə qarşı çıxaraq ortaya daha mütərəqqi ənənələr gətirib. Baş yarmağın, qan tökməyin əvəzində qanvermə aksiyası keçirilir. Özü də bu aksiya təkcə paytaxt Bakıda yox, respublikanın bir çox digər şəhər və rayonlarında yerləşən böyük məscidlərdə də təşkil olunur.

İnsanlar qan verməklə xəstələrə yardım edir, daha humanist, daha xeyirli bir addım atır və nəticədə müxtəlif qan qruplarına malik olan insanlarımız məhərrəmlik ayında qan bankında böyük üstünlük yaradırlar. Bununla da zəif, xəstə, müxtəlif qan qruplarına ehtiyacı olan insanların əlacı tapılır və bu qan onların ehtiyacına sərf olunur.

Bu mənada Qafqaz şeyxülislamı başda olmaqla onun müavinlərinin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da iştirakı ilə böyük məmnuniyyətlə qanvermə aksiyası keçirilir və bu, birbaşa xəstələrə, ehtiyacı olan insanlara yönəldilir”.

Səyyad Salahlı hesab edir ki, bu ənənəni yaşatmaq və gücləndirmək lazımdır:

“Bildiyimə görə, bəzi dövlətlər də Azərbaycan ənənəsindən istifadə edərək qanvermə aksiyası keçirirlər.

Bildiyiniz kimi sentyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası məhərrəm ayının başlanması ilə bağlı fətva verdi. Fətvada deyildiyi kimi bu cür əməllər qəbul edilmir. Bu, islam dininə ziddir və uydurma adətlərdir. Qeyd etdiyim kimi bunun elmi, dini və məntiqi kökü yoxdur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...