Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu da Buddanın saçı, dişi və sümük-şerifi… – VİDEO

Deyilənə görə, Buddanın dişi böyüyür.?!

Zaman ötdükcə dinlər tarixinə nəzər salanda buradakı dinlərin bütün mənzərəsini görməyimizə kömək olur.

Şirk dinlərinin təməli mesaja deyil, şəklə, görünüşə uymaları və müqəddəs saydıqları şəxslər tərəfindən verilən mesajları gözardı edərək, mesajları təbliğ edənlərin özlərini, bədənlərini müqəddəsləşdirdikləri aşkarca görülməkdədir.

Xüsusilə də Katolik, Hinduizm və Budizm öz qabaqcıl yaradıcılarını peyğəmbər və din adamlarının bədənlərinin hissələrini müqəddəsləşdirər, onlara hədsiz dərəcədə ibadət edərlər. Bu bədən qalıqlarının bərəkətli olduğuna isə çox inanarlar.

“Din.az” paylaşdığı videoda Budda Gothamanın saç, sümük və dişlərinin şüşə qablar içərisində saxlanaraq müqəddəsləşdirildiyi göstərilir.

Bənzər mərasimləri Katolik kilsələrində İsanın kəfən parçaları, xaç mismarları, saç, müqəddəs qanını tapa bilərsiniz.

“Din.az” videonu təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...