Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
həcc 2016

Bu dəfəki həcc ziyarətində yeniliklər olacaq! – VİDEO

Share Button

Bu il həcc ziyarəti üçün təklif edilən yerlərin sayında azalmalar var.

Ötən illərlə müqayisədə  bu dəfə ki, həcc ziyarəti fərqli şəkildə təşkil olunacaq. ANS TV–nin məlumatına görə, dəyişikliklərdən biri zəvvarlarımızı Səudiyyə Ərəbistanına daşıyacaq hava nəqliyyatı ilə bağlıdır. Bu vaxta qədər zəvvarların Məkkəyə aparılmasını Azərbaycan Hava Yolları həyata keçirirdisə geri dönüşü Ərəbistana məxsus Flynas Hava Yollarının təyyarələri icra edirdi. Lakin bu bir sıra problemlər yaradırdı. Flynas hava yollarına məxsus təyyarələrin uçuşları təyin olunmuş vaxtlarda həyata keçirməməsi zəvvarlarımızın hava limanında saatlarla qalması, hətta bir neçə gün gözləməsi ilə nəticələnirdi. Elə bütün bu problemlər nəzərə alınaraq bu ilki uçuş hər iki istiqamət üzrə AZAL-a həvalə olunub. Bu da uçuş qiymətlərinə də təsir edəcək.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini  Hacı Salman Musayev ötən il gedib gəlmə daşıması üçün adam başına 1500-1600 dollar pul ayrılırdısa bu il bu məbləğin 1000 dollar səviyyəsinə düşdüyünü bildirdi.

Dəyişikliklər həm də zəvvar sayı ilə bağlıdır. Ötən il 3000 kvota yerindən 2400 dolduğu üçün bu il yerlərin sayı azaldılaraq 1500 nəfərə endirilib. Say azaldığından onlar 2 oteldə yerləşdiriləcəklər. Zəvvarlarla bağlı kvotanı azaldan tək Azərbaycan deyil, digər müsəlman ölkələrindən də bu ilə həcc ziyarəti üçün müraciətlərin sayı azalıb. Elə bu səbəbin Məkkədə otellərin qiymətlərinə təsir edəcəyi də gözlənilir.

Ona görə də bu il həcc ziyarətinin ərsəyə gəlməsi üçün təklif olunan qiymətlər də azaldılıb. Belə ki, ekonom yerlər 3500, VİP üçün isə 4500 dollar tələb olunur. Keçən il isə bu tariflər 4500 və 5750 dollar təşkil edirdi. Ekonom və VİP tariflərə görə ödəniş edənlər eyni təyyarədə uçsalar da fərq oteldə yerləşdirmə zamanı nəzər çarpır.

Qafqaz Müsəlmanlar İdarəsi zəvvarları təhlükəsiz şəraitdə həcc ziyarətini başa vurmaları üçün Səudiyyə Ərəbistanı ilə danışıqlar da aparıb. Bu ilki həcc ziyarəti üçün zəvvarlar  sentyabrın 1-dən  yola düşəcəklər. Onların geri dönüşü isə 20 sentyabr üçün nəzərdə tutulub. Ötən ildən fərqli olaraq zəvvarlar bu il öncə Məkkəni geri dönüşdə isə Mədinə şəhərini ziyarət edəcəklər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top