Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu dəlil Gülənin sonunu gətirə bilər – Telefondan TAPILDI

15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni dəlil …

Fəthullahçı Terror Təşkilatının (FETÖ) bir üzvünün telefonundan 15 iyul dövlət çevrilişi gecəsinə aid çox əhəmiyyətli yeni bir dəlil əldə edilib.

Din.az xəbər verir ki, bu haqda ölkənin ədliyyə naziri Əbdülhəmid Gül bildirib.

Onun sözlərinə görə, bu dəlil FETÖ-nün çevriliş cəhdi ilə birbaşa əlaqəli olduğuna dair bütün tezisləri gücləndirir.

“Bu axşam ABŞ-ın ədliyyə naziri ilə telefon söhbətin olacaq. Prosesi birlikdə izləyəcəyik”, – türkiyəli nazir vurğulayıb.

Qeyd edək ki, FETÖ lideri Fəthullah Gülən hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Ankara onun ekstradisiyasını tələb etsə də, Vaşinqton müxtəlif bəhanələrlə bu tələbi geri çevirir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...