Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“BU DİNİ İCMANIN ÜZVLƏRİ HƏRBİ XİDMƏTDƏN YAYINMAĞA SƏY GÖSTƏRİRLƏR” – VİDEO

“Yehovanın şahidləri” qeydiyyatla bağlı müraciət etsə də imtina cavabı alıb.

Qeydiyyatdan keçməyən “Yehovanın şahidləri” dini icması açıq-aşkar təbliğat aparır.

Din.az Milli.Az-a istinadən bildirir ki, icmanın saytında dini nəşrlər və video roliklər yerləşdirilib. Halbuki, dini icma təkrar qeydiyyatla bağlı müraciət etsə də, imtina cavabı alıb.
Saytda təriqətin təbliğinə dair Azərbaycan dilində müxəlif vəsaitlər- kitablar və videoçarxlar yerləşdirilib. Hətta onlayn televiziya kanalları da var ki, Azərbaycan dilində dublyaj və ehtiyac yarandıqda isə qrafik mətnlər verilir.

Toplantı və dini ibadətlərini təşkil etdikləri ünvanlar da saytda yerləşdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirildi ki, “Yehovanın şahidləri” dini icması 2002-ci ildə rəsmi qeydiyyata alınıb. Qeydiyyat ünvanı da məhz Xətai rayonundadır. Lakin 2009-cu ildə qanunvericilikdə dəyişiklik edilib və ölkədəki bütün dini icmaların yenidən qeydiyyatdan keçməsi zərurəti yaranıb. “Yehovanın şahidləri” dini icması təkrar müraciət etsə də, qeydiyyata alınmayıb.
İcmanın ölkəyə gətirmək istədiyi bəzi dini ədəbiyyatlara da qadağa qoyulub.Hər iki məsələ ilə bağlı dini icma Avropa Məhkəməsinə müraciət edib və hazırda iş məhkəmədədir. Eyni zamanda sənədləri yenidən hazırlayaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müaricət ediblər, bu sənədlər araşdırlır.
Komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov deyir ki, “Yehovanın şahidləri” dini icmasının fəaliyyəti hazırda hüquqi baxımdan qanunsuz deyil. Amma bir neçə dəfə qanun pozuntularına yol verilib.

Əliheydər Zülfüqarovun sözlərinə görə, bu dini icmanın üzvləri hərbi xidmətdən yayınmağa səy göstərir. Çünki icma qaydalarına görə, ələ silah almaq olmaz. Ona görə də hərbi xidmətə getməkdən yayınmağa cəhd edirlər. Bu zaman da aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Məsələ ilə bağlı dini icmanın yerləşdiyi ünavana da baş çəkdik. Amma orada suallarımıza cavab verəcək bir kəsi tapa bilmədik.

https://daytube.az/az/videos/57138/

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...