Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu ərəb ölkəsindəki səfirliyimiz vətəndaşlara müraciət edib

Hava şəraitinin dəyişməsi səbəbilə vətəndaşlarımıza xəbərdarlıq edilib.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.

Din.az xəbər verir ki, bu barədə məlumat diplomatik nümayəndəliyin “Facebook” səhifəsinə yerləşdirilib.

“Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir”, – deyə müraciətdə bildirilir.

Bundan əvvəl Küveyt və Boliviya BMT TŞ-nin Qəzzada vəziyyətlə bağlı təcili iclasının çağırılmasını tələb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...