Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ərəblər milyondan çox müsəlmana işgəncələr verildiyi ölkədə rəqs etdilər … – VİDEO

1 milyondan çox müsəlman “Tərbiyə düşərgələri”ndə əzab-əziyyət çəkir, işgəncələrə məruz qalırlar.

Əbu-Dabi şahzadəsi Çinin “etnik azlıqların hüquqlarını qorumaq səyləri”ni təqdir edib…

Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndə heyəti Çinin əsas görməli məkanında rəqs nümayişi təşkil edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə yazan Rusiya mediasında BMT-nin məlumatına görə, 1 milyondan çox müsəlmanın “siyasi yenidən tərbiyə düşərgələri”ndə əzab-əziyyət, işgəncə içində saxlanıldığı bir ölkədə müsəlman ərəblərin şənlik etməsindən təəccüb ifadə olunur. Ənənəvi geyimdə olan ərəblər Böyük Çin Səddi yaxınlığında çubuqlarla “ayyala” rəqsi edərək yerli sakinlərin coşğusuna səbəb olublar. Hətta çinli qadınlardan biri həvəslə əmirlik sakinlərinin rəqsinə qoşulub.

BƏƏ-dən olan xalq rəqs ansamblı Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed- ən-Nahyanın rəsmi səfəri ərəfəsində Çinə gəlib.

Bu arada Çin lideri Si Tszinpin Əbu-Dabinin vəliəhd şahzadəsi ilə görüşdə ona Pekinin uyğur türk müsəlmanları yaşayan Sincan əyalətindəki siyasətinə “dəyərli dəstəyə” görə təşəkkür edib. Məhəmməd bin Zayed isə öz növbəsində “Çinin etnik azlıqların hüquq və mənafelərini qorumaq üçün səylərini” təqdir etdiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...