Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Bu, görünməmiş cinayətdir” – Ruhanidən ABŞ-a sərt sözlər

İran prezidenti xaricdən gələn yardımın qarşısının alındığını söyləyib.

İran Prezidenti Həsən Ruhani İran Qırmızı Aypara Cəmiyyətinə məxsus bank hesablarının ABŞ tərəfindən bağlandığını açıqlayıb.

Din.az xəbər verir ki, İran prezidenti xaricdən gələn yardımın qarşısının alındığını söyləyib.

“Ölkə xaricindəki iranlıların öz həmvətənlərinə göndərdiyi yardımların qarşısını alaraq Qırmızı Aypara Cəmiyyətinin hesablarını bağlayan düşmənlərin üzü qaralıb. Sel fəlakəti kimi ağır şəraitdə başqa ölkələrdən gələn yardımları ala bilmirik.

ABŞ-ın seldən zərərçəkənlərə göndərilən beynəlxalq yardımları əngəlləməsi görünməmiş cinayətdir. Hamı İranda xalq və rəsmilərin əl-ələ verib dağıntıları yenidən inşa etdiyini görəcək”, – deyə Həsən Ruhani bildirib.

ABŞ-ın Qüds və Qolan təpələri ilə bağlı qərarına toxunan İranın dövlət başçısı qeyd edib ki, nə Qüds işğalçıların paytaxtı olacaq, nə də Qolan Suriyadan qoparılacaq: “Müsəlmanları işğalçı sionistlərə təslim olmağa məcbur edən düşmənlər uğur qazana bilməyəcək”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...