Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

BU GÜN AZƏRBAYCANDA RAMAZAN BAYRAMI QEYD OLUNUR

Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Azərbaycanda bu gün və sabah Ramazan bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasında bildirilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Fətvaya görə, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – iyun ayının 26-na təsadüf edib.

Nazirlər Kabinetinin “2017-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2016-cı il 25 noyabr tarixli qərarına əsasən, 2017-ci ildə Ramazan bayramı iyunun 26 və 27-də qeyd olunur.

İyunun 26-da saat 08.00-da “Əjdərbəy”, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazı qılınacaq.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...