Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu gün Ərəb dövlətləri toplaşır – Qüds üçün

Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək.

Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri səviyyəsində fövqəladə iclası keçiriləcək.

Din.az bildiri ki, toplantıda Qüds ətrafında və kütləvi etirazlardan sonra Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək.

Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.

Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri səviyyəsində keçirilən toplantıda Fələstindəki hadisələrlə bağlı qəbul edilən qətnamə layihəsi nazirlər tərəfindən təsdiqlənməlidir.

Sənədin məzmunu açıqlanmır, bütün görüşlər media üçün qapalı rejimdə keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...