Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu gün pravoslavların Pasxa bayramıdır

Pasxa xristian dünyası üçün müqəddəs dini bayramdır.

Bu gün pravoslavlar Pasxa bayramını qeyd edir.

Din.az-ın məlumatına görə, Pasxa xristian dünyası üçün müqəddəs dini bayramdır və İsa peyğəmbərin dirilişinə həsr edilib.

Pasxa bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...