Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu gündən siqaretə qarşı “Səlib yürüşü” qanunu qüvvəyə mindi – XƏBƏRDARLIQ…

Siqaret kötüyünü hara gəldi atanlar …

Siqaret çəkənlər bu məsələdə xüsusən diqqətli olsunlar…
Bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaqlar.
İXM-ə yeni daxil edilən 212.4-cü maddə belədir:
212.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə –
əlli manat məbləğində cərimə edilir.
Bu normanı hərfi mənasında təfsir etsək, belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər.
Ona görə də adət etdiyiniz kimi harada gəldi, yəni küçədə, parkda, çəmənlikdə, həyətdə, hətta meşədə və s. bu kimi yerlərdə siqaret kötüyünü atmayın.
Yenə də ən yaxşısı budur ki, siqareti birdəfəlik atın getsin. Nə sağlamlığınızla bağlı, nə də hüquqi probleminiz olsun. Bu zərəli vərdişə xərclədiyiniz pul da cibinizdə qalsın…   / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...