Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu günə kimi QMİ paylaşdığı təqvimdə İranla ziddiyyət təşkil edən bir məlumat yayıb, fətva veribmi?

“Şamaxı rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə birləşdirilsin!”

“Şamaxı rəsədxanası Qafqaz Müsəlmanları İdarəsinə birləşdirilsin!”

“Din.az” xəbər verir ki, bu təşəbbüslə ilahiyyatçı Elşad Miri çıxış edib. O, bildirib ki, Azərbaycandakı Qafqaz Müsəlmanları idarəsi sanki, təqvim idarəsi kimi fəaliyyət göstərir. Novruzun giriş tarixini açıqlayır, Qəməri ayların başladığı məhərrəm ayı ilə bağlı yığışıb fətva verir, Aşura gününü elan edir, Ramazan ayının girişi və çıxışını təyin edir.

“Bunu da daha da “elmi” göstərmək üçün başqa heç vaxt elmi açıqlamalarına rast gəlmədiyimiz Şamaxı Astrofizika Rəsədxanasına istinad edir. Bu qurumu da Qafqaz Müsəlmanlarının (QMİ) tərkibinə qatsaydılar, biz də rahatlaşardıq.

Bu dəfə də Ramazan bayramı münasibətilə adıçəkilən qurum, yəni QMİ məlumat paylaşıb. Həmin məlumatda deyilir ki, çoxsaylı zəng və sorğulara cavab olaraq Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki… Rəsədxana özü açıqlama yaya bilmir, ona görə də bunu QMİ vasitəsilə həyata keçirirlər.

İndi soruşmaq istəyirəm, bu günə kimi QMİ-nin paylaşdığı təqvimdə və ya yuxarıda qeyd etdiyim hansısa gündə İranla ziddiyyət təşkil edən bir məlumat yayıb, fətva veribmi?

“Vəhdət namazı” adlı bir namaz çıxaran bir ölkə “vəhdət bayramı” həyata keçirə bilmir”.

E. Miri həmçinin bu gün bayram etməyən ölkələrin siyahısını da açıqlayıb:

1. İran

2. Azərbaycan

3. Misir

4. Fələstin

5. İordaniya

6. Suriya

7. Malayziya

8. Əfqanıstan

9. Tunis

10. İndoneziya

11. Oman

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...