Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bu hadisə dinləri qarşı-qarşıya qoymaq məqsədi daşıyır” – Şri-Lanka terrorunun pərdəarxası

Şri-Lanka hökuməti isə bunun Yeni Zelandiyada baş verən terror aktına cavab olduğunu ehtimal edir.

Şri-Lankada Pasxa bayramı günü iki kilsə və iki oteldə ard-arda terror aktları törədilib. 320-dən artıq insanın ölümünə səbəb olan dəhşətli terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Şri-Lanka hökuməti isə bunun Yeni Zelandiyada baş verən terror aktına cavab olduğunu ehtimal edir.

Din.az bildiirir ki, mövzuyla bağlı politoloq Nəzakət Məmmədova Publika.az-a açıqlama verib:

“Xristian məbədində müsəlmanlar tərəfindən terror hadisəsinin törədilməsi birmənalı şəkildə pislənməlidir. Şri-Lanka çoxdinli ölkədir. Eyni zamanda, burada “Tamir pələngləri” adlı terror təşkilatı uzun illərdir ki, fəaliyyət göstərir. Düzdür, bu təşkilat zəiflədilib. Amma yenə də töküntüləri qalmaqdadır. “Tamir pələngləri” də eyni zamanda müsəlmanlara və digər dinlərə qarşı terror aktları törədib.
İndi isə, müsəlmanların terror aktlarıyla məşğul olması barədə təsəvvür yartamaq məqsədilə, terror təşkil olunub. Təbii ki, bu hadisə dinləri qarşı-qarşıya qoymaq məqsədi daşıyır. Nəzərə alaq ki, buna qədər müsəlmanlara qarşı Hindistanda, Yeni Zelandiyada, Arakanda, Şri-Lankada çoxlu sayda terror aktları törədilib. Ümumilikdə götürdükdə Cənub-Şərqi Asiya regionunda müsəlmanlar dəfələrlə terrora məruz qalıb.
Bunu təbii ki, müsəlmanlar etmir. Regionda aranı qatmaq istəyən dövlətlər, dünyada ayrı-ayrı bölgələri seçib terror aktları təşkil etməklə, dinlər arasında düşmənçilik toxumu səpirlər. Ümumiyyətlə, hansı ölkədə dini müxtəliflilik var, həmin ərazi daha çox həssas olur. Bu baxımdan da hədəf olaraq Şri-Lanka seçilib. Bundan əlavə bu ölkə Hindistana yaxındır və strateji yerdə yerləşir”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...