Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu il 25 fələstinli uşaq qətlə yetirilib

25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən öldürülüb.

Bu il ərzində İsrailin işğalı altında olan Qəzza Zolağı və Qərbi Şəriədə 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən öldürülüb.

Din.az xəbər verir ki, bu barədə Beynəlxalq Fələstin Uşaq Müdafiə Hərəkatının hesabatında qeyd edilib.

Məlumata görə, onlardan 21-i Qəzza Zolağında, 4-ü isə Qərbi Şəriədə güllələrə hədəf olublar. 25 uşaqdan 11-i başından və ya boynundan vurulub.

Hesabatda “İsrail ordusu özünə birbaşa təhdid təşkil etməyən fələstinli uşaqlara qarşı ölümcül güc və güllə istifadə etməyə davam edir” sözlərinə yer verilib.

Qeyd edək ki, 30 martdan etibarən fələstinlilərin başlatdığı “Böyük Qayıdış Yürüşü” aksiyalarında ümumilikdə 135 nəfər şəhid olub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...