Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu il Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota məlum olub

“Hazırda həcc ziyarətinə sənəd qəbulu davam edir”.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 400-dən artıq insan müraciət edib.

Din.az bildirir ki, bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək. Ona görə də Həccə getmək istəyənlər tələsməlidir, yerlər dolur”.

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir. Zəvvarlar təyyarə ilə yola salınacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...