Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Bu il Həccə gedən diaspor təşkilatı rəhbərləri

Hazırda müsəlmanların Həcc ziyarəti davam edir.

Xəbər verdiyimiz kimi, hazırda müsəlmanların Həcc ziyarəti davam edir. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 1-5-i Həccə yola düşüblər və avqustun 21-25- geri dönəcəklər.

Həcc ziyarətinə yola düşən zəvvarlar arasında Azərbaycanın xaricdə yaşayan diaspor təşkilat rəhbərləri də var.

Din.az Modern.az-a istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Birləşdişmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov, Azərbaycanın Milli Qəhrəmanı Asif Həziyev (İsveçdə yaşayır) və Xerson vilayətində Azərbaycan diasporunun sədri, kənd təsərrüfatı elmləri namizədi Əlimərdan Kərim də bu il Həcc ziyarətinə gedən azərbaycanlılar arasındadır.

Allah ziyarətinizi qəbul etsin!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...