Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu il “Multikulturalizmə giriş” fənni bütün ali məktəblərdə tədris olunacaq

“Artıq bir neçə ildir bu fənn müxtəlif ali təhsil müəssisələrində tədris olunur.”

Yeni tədris ilindən etibarən “Multikulturalizmə giriş” fənni bütün ali məktəblərdə tədris olunacaq.

Din.az bildirir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib. Onun sözlərinə görə, artıq bir neçə ildir bu fənn müxtəlif ali təhsil müəssisələrində tədris olunur:

“2019/2020-ci tədris ilindən bu fənnin tədrisi üçün nəzərdə tutulmuş dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanıb.

Kitab iki hissədən ibarətdir: Multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən bölmə. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...