Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu kənddə hər qəbrin bir qibləsi var – VİDEO

“Kim hansı istiqamətə istəyirsə, meyiti o istiqamətə basdırır”.

Ucar rayonunun Qəzyan kənd qəbiristanlığında qəbirlərin istiqaməti qibləyə yox, müxtəliv tərəflərə yönəlib.

Din.az xezerxeber.az-a istinadən bildirir ki, 100 ildən çox yaşı olan qəbiristanlıqda kim hansı istiqamətə istəyirsə, meyiti o istiqamətə basdırır.
Məzarların müxtəlif istiqamətlərə baxması kənardan gələnlərin də diqqətini çəkir. Burada son bir neçə ildə qazılan qəbirlər də var ki, onların da istiqamətləri fərqlidir.
Din xadimləri bunun yanlış olduğunu deyirlər.
Axund Elnur Rəhimov bildirir ki, qəbrin üzünün qibləyə olması məsələsini bəzi vətəndaşlar düzgün başa düşmürlər. Din xadimi onu da deyir ki, sakinlər arasında bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılsa da, hələ də qəbirqazıma qaydalarına riayət etməyənlər var.

Din.az məsələ ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...