Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu kəndi imsaka qadın davulçu oyadır – VİDEO

Səhər tezdən bütün kəndi gəzərək kəndliləri imsaka çağırır

Türkiyənin Çanaqqala şəhərinin 100 evdən ibarət Böyükpaşa kəndində yaşayan Hacər Yılmaz adlı qadın hər Ramazanda əlinə davul alıb kənd camaatını oruc tutmaq üçün yuxudan oyadır.

Türkiyədə insanları davul çalaraq imsaka oyatmaq ənənəsinin olduğu hər kəsə məlumdur. Amma nadir hallarda bu işi qadınların öz üzərinə götürdüyünün şahidi oluruq.

Hacər Yılmaz da davul çalmağı çox sevdiyi üçün bu işi gördüyün deyir.

Kəndin bütün küçələrini gəzərək kəndliləri yuxudan oyadan qadın cəsarəti ilə hər kəsin sevimlisinə çevrilib.

“Din.az” imsaka oyadan qadın davulçunun videogörüntüsünü təqdim edir:

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...