Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Bu məscid İslam və müsəlmanlara aiddir…”

Məscidüləqsa üstündə gedən mübarizə davam edir…

Sionist rejimin işğalı altında olan Məscidüləqsada cümə namazı qiyamları davam edir. Qurban bayramından əvvəl Məscidüləqsada qılınan son cümə namazında on minlərlə insan namaz üçün cərgələrə düzülüb.

“Din.az” “a24.az”a istinadən xəbər verir ki, Məscidüləqsa sionist rejimin işğalçı zülmlərinə baxmayaraq, müsəlmanlarla dolur. Xüsusən cümə namazlarında böyük izdihamın ibadətlərini yerinə yetirdiyi Qurban bayramından əvvəl Məscidüləqsada son cümə namazını on minlərlə şəxs qılıb.

Sionist işğalçı qüvvələrin yaratdığı çətinliklərə və maneələrə baxmayaraq, minlərlə insan Məscidüləqsada cümə namazı qılıb, son Ramazan ayında isə Məscidüləqsada 100 min nəfər cümə namazını yerinə yetirib.

Səhər tezdən əsas küçələri tutan sionistlərin təhlükəsizlik qüvvələri Qüdsün bir çox küçə və prospektində nəzarəti gücləndirib, küçələrdən keçən avtomobillər axtarılıb.

İsrailin çətinliklərinə baxmayaraq, minlərlə insanın axın etdiyi Məscidüləqsada cümə xütbəsi verən Məscidüləqsa xətibi Şeyx Muhəmməd Hüseyn, Məscidüləqsanın yalnız İslama və müsəlmanlara aid olduğunu bildirərək ümmətdən ona sahib çıxmasını və qorumasını ifadə edib:

“Məscidüləqsaya sahib çıxmağa çalışın. Siz Muhəmməd Mustafanın müjdəsisiniz. Heç bir hüquq tanımayan işğalçılara məhəl qoymadan siz bura gəlirsiniz”.

İsrail'in dün tamamen girişleri yasakladığı Mescid-i Aksa'ya, Cuma namazı için 50 yaş üstü Müslümanların girişine izin verildi. Çok sayıda Filistinli namazlarını Aksa çevresindeki sokaklarda kıldı. İsrail güvenlik güçleri, Müslümanların karşısındaki bekleyişlerini namaz boyunca sürdürdü. (Salih Zeki Fazlıoğlu - Anadolu Ajansı)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...