Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsi erməniləri kütləvi deportasiya edə bilər – KİV

70-100 min Ermənistan vətəndaşı geri dönmək məcburiyyətində qala bilər.

Türkiyə yaxın zamanlarda Ermənistan vətəndaşlarını kütləvi şəkildə deportasiya edə bilər.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

“Türkiyədə erməni əmək miqrantlarının sayı kifayət qədər çoxdur. Bu məsələ bir neçə dəfə Türkiyədə gündəmə gətirilib. İndi isə bu məsələnin aktuallaşdırılmasının səbəblərindən biri Ermənistanın Suriya siyasəti olub. Əgər deportasiya reallaşarsa, o zaman yaxın zamanlarda ailələrinə pul göndərən 70-100 min Ermənistan vətəndaşı geri dönmək məcburiyyətində qalacaq”, – deyə məqalədə bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...