Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsi qonşusunun torpağını öz ərazisinə qatdı

İki müsəlman dövlət arasında sərhəd anlaşmazlığı …

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.

Parlamentin hazırladığı bəyanat Rusiya Prezidentinin Şimali Qafqaz Federal Bölgəsi üzrə nümayəndəsi və Çeçenistanın spikerinə də göndərilib.

Qeyd edək ki, bundan öncə Çeçenistanla İnquşetiya arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilə sonradan İnquşetiyada böyük etirazlara səbəb olub. Yerli əhali İnquşetiya hakimiyyətindən müqavilənin təcili ləğvini tələb edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...