Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsində 160 min uşaq hər an ölə bilər … 

Yəmən xəstəxanalarında müalicə alan yüzlərlə uşaq ölüm riskinə məruz qalır.

Kəskin qidasızlıqdan əziyyət çəkən uşaqlar eyni zamanda güllə və ya mərmiyə tuş gələ bilərlər…

Müharibəyə bürünmüş Yəməndə işləyən “Sərhədsiz Həkimlər” təşkilatının nümayəndələri şiddət, zorakılıq, hava və dəniz bombardımanlarının artdığına şahid olduqlarını və döyüşlərin mülki bölgə və obyektlərə, o cümlədən mühasirədə qalan Hudeyda liman şəhərindəki “Əl-Salehana” hospitalına yaxınlaşdığını bildiriblər.

Din.az bildirir ki, bu haqda xarici İslam saytları xəbər verib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Agentliyi xəbər verir ki, döyüş bölgələrində olan Yəmən xəstəxanalarında müalicə alan yüzlərlə uşaq ölüm riskinə məruz qalır. Belə ki, Hudeyda şəhərindəki “Əl-Taur” xəstəxanasında, ən azı, 59 uşaq hər an, xəstəlikdən əlavə, güllə və ya mərmilərin də yaratdığı “ölüm riski” ilə üz-üzədir.

Xatırladaq ki, strateji Hudeyda şəhəri illərdir ki, Səudiyyə Ərəbistanı və beynəlxalq koalisiya başda olmaqla Yəmənin sürgün edilmiş prezidenti Əbd Rəbbu Mansur Hadini dəstəkləyən qüvvələrlə husi üsyançılar arasında mübarizə predmetidir.

Ötən cümə günündən etibarən intensivliyi kəskin şəkildə artan döyüşlər zamanı Hudeydanın bir neçə rayonu Səudiyyə qüvvələrinin onlarla aviazərbəsinə məruz qalıb. Bildirilir ki, devrillmiş Mənsur Hadini dəstəkləyən qüvvələr husilərin müdafiə etdiyi şəhər həlledici hücuma başlayıblar. Hərbi təyyarələr daim şəhər üzərində uçur və sakinlər evlərini tərk etməyə qorxurlar. Çərşənbə axşamı “AFP” agentliyinin yaydığı məlumata görə, beş günlük döyüşlər ərzində 150-dən çox husi döyüşçüsü həlak olub.

UNİCEF-in məlumatına görə, Yəməndəki kəskin qidasızlıq xəstəliyindən əziyyət çəkən 400 min uşaqdan təxminən 40% -i Hudeyda və ətraf ərazilərdə yaşayır. Təşkilatın mütəxəssisləri, şəhər limanının sıradan çıxarılacağı təqdirdə ölənlərin sayının fəlakətli dərəcədə yüksək ola biləcəyi haqda xəbərdarlıq edir. Və buna görə də UNICEF xəstəxana yaxınlığında və ətrafındakı döyüşlərə və liman da daxil olmaqla mülki infrastrukturlara edilən hücumlara son qoymağa çağırır. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...