Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsində aclıq fəlakəti yaşanır 

“Hər şey pisdir. Aclıqla mübarizədə uduzuruq.”

Yəmən humanitar fəlakətin astanasındadır, çünki son həftələr ərzaq çatdırılması vəziyyəti kəskin şəkildə pisləşib.

Din.az bildirir ki, bu fikirləri BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok təşkilatın Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bir sözlə, hər şey pisdir. Aclıqla mübarizədə uduzuruq. Biz ölkə üzrə insanların aclıqdan öləcəyinin qarşısını ala bilməyəcəyimiz nöqtəyə yaxınlaşırıq”, – o bildirib. Loukok əlavə edib ki, sakinlərin yarısından çoxu (29 milyondan 18 milyonu) ərzaqla təmin edilməyib, onlardan 8 milyonuna fövqəladə yardım lazımdır.

2017-ci ilin noyabrında BMT milyonlarla insanın öləcəyi kütləvi aclıq təhlükəsi iə bağlı xəbərdarlıq edib. Baş katib ərəb koalisiyasını Yəməni blokadasını dayandırmağa səsləyib. (Oxu.az )

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...