Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsində böyük fəlakət yaşanır, ölənlərin sayı 380 nəfəri keçib

Zəlzələ nəticəsində 13 mindən çox insan xəsarət alıb.

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 387-ə çatıb.

Din.az bildirir ki, bu barədə Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Agentliyin yaydığı məlumatda bildirilir.

Agentliyin məlumatına görə zəlzələ nəticəsində 13 mindən çox insan xəsarət alıb, 387 min insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bazar günü İndoneziyanın Lombok adasında Rixter cədvəli üzrə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...