Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsində Həcc ziyarətinə gedənlərdən vergi tutulacaq

“Ölkəyə gələn əcnəbilər dövlət rüsümu ödəməli olacaqlar”.

Tacikistan Parlamentinin aşağı palatası hökumətin təklifi əsasında “Digər büdcə ödəmələri öhdəlikləri haqqında” Qanuna düzəlişi qəbul edib.

Maliyyə naziri Fayziddin Qəhharzadənin sözlərinə görə, düzəlişlərə əsasən, ölkəyə gələn əcnəbilər dövlət rüsümu ödəməli olacaqlar: “Bundan əlavə, turizm şirkətlərinin xətti ilə turizm məqsədləri üzrə başqa ölkələrə, eləcə də Həcc ziyarətinə gedən Tacikistan vətəndaşları da dövlətin büdcəsinə rüsum ödəyəcəklər”.

Nazir qeyd edib ki, Böyük Vətən müharibəsi veteranları, Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, birinci və ikinci qrup əlillər, 16 yaşadək uşaqlar və diplomatlar bu vergini ödəməkdən azaddırlar. (AzərTAc)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...