Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu müsəlman ölkəsində ilk dəfə “QURAN” tərcümə ilə çap olunacaq

İlk etapda 50 min ədəd Qurani Kərimin çap ediləcəyi planlaşdırılır.

Ölkədəki Quranın ilk nəşri 10 gün içində tamamlanacaq.

Din.az xəbər verir ki, Özbəkistanda xüsusi bir mətbəə tərəfindən ilk etapda 50 min ədəd Qurani Kərimin çap ediləcəyi planlaşdırılıb. Çap olunacaq Quranın özbək türkcəsində olacağı bildirilib.

Ölkədəki Quranın ilk nəşri 10 gün içində tamamlanacaq.

Yayım evi sahibi Məhəmməd İsmail dünən (21 Fevral) bu barədə bildirib ki, Quranın tərcüməsinə ehtiyacımız var. İnşallah yaxın zamanda xalqımızın əlində olacaq.

Özbək türkcəsində çap olunacaq Qurandan yayım evi sahibi Məhəmməd İsmail qazanc məqsədi güdmədiyini də vurğulayıb.

Məhəmməd İsmayıl “Quranı nəşr etməkdə məqsədimiz müsəlmanların Allah kəlamı olan Qurana olan ehtiyaclarını qarşılamaqdır. On gün içində satışa çıxacaq. Başa düşülməsi üçün Özbək dilində çap etdirəcəyik” deyə açıqlama verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...