Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsində “İnstagram” qadağan olundu

İranda “Facebook”, “Twitter” və “Telegram”dan istifadə etmək qadağandır.

İranda “Instagram” sosial şəbəkəsi qadağan olunur. Belə ki, bu haqda İran baş hakimi Məhəmməd Musaddık məlumat verib.

Din.az xəbər verir ki, Tehranda təşkil olunan mətbuat konfransında danışan Musaddık, ölkədə ən çox istifadə olunan sosial şəbəkə olan “İnstagram”ın qadağan olunacağı vaxtı açıqlamayıb. Lakin buna “ölkədəki bəzi sənətçilərin sözügedən sosial platforma üstündən ehtiyacı olan insanlar üçün yardım toplanmasında sui-istifadələrə yol açmasını” səbəb göstərib.

Məlumat üçün bildirək ki, ölkə ərazisində “Facebook”, “Twitter” və “Telegram” sosial şəbəkələrindən istifadə etmək qadağandır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...