Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsində İslam akademiyasının qız tələblərini hicab geydiklərinə görə qovdular

Hicablı qızlar hüquq-mühafizə orqanlarının təzyiqlərinə məruz qalırlar.

Özbəkistanda qeyri-adi hadisə baş verib.

Din.az-ın verdiyi xəbərə əsasən, Özbəkistanda qeyri-adi hadisə baş verib. Daşkənd İslam Akademiyasının ərazisində hicab taxdıqlarına görə tələbə qızlar təhsil müəssisəsindən çıxarılıblar.

Qeyd edilir ki, eyni səbəblər daha 60 tələbə qız qovulma təhlükəsi ilə üzləşib. Akademiyada ümumilikdə 124 qız oxuyur ki, onlardan da 60-ı hicab yerinə qadın araxçını və ya parik taxmağa razılıq veriblər.

Qovulmuş qızların yaxınları da rayon administrasiyası və hüquq-mühafizə orqanlarının təzyiqlərinə məruz qalırlar.

Məlum olub ki, daxili qaydalara əsasən, akademiya ərazisində hicabın geyilməsi qadağandır. Həmçinin təhsil müəssisəsi ərazisində namaz qılmaq da qadağandır.

Xatırladaq ki, Beynəlxalq İslam Akademiyası 2018-ci ildə Daşkənd İslam Universitetinin bazasında yaradılıb. Yeni dini ali məktəbin təsis edilməsi haqda fərmanı ölkə prezidenti Şavkat Mirziyoyev imzalayıb. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...