Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsində minlərlə hamilə qadın ölümlə üz-üzə qalıb

4 ildən bəri davam edən müharibənin acı nəticələri …

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) yəmənli hamilə qadınlarla bağlı hesabatını təqdim edib.

Din.az xəbər verir ki, UNFPA Yəmənin 4 ildir müharibənin davam etdiyi Hüdeydə şəhərində hamilə qadınların ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.

Hesabata görə, müharibə bölgədə səhiyyə sistemini tamamilə sıradan çıxarıb, xəstəxanalar yerlə-yeksan edilib. Hamilə qadınlar xidmət səviyyəsinin aşağı düşməsinə görə ölüm riski ilə üz-üzə qalıblar.

Bölgədə minlərlə hamilə qadın yaşayır. UNFPA hesabatında Yəməndə ana ölümlərinin 2015-ci ilə müqayisədə iki dəfə artdığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2014-cü ildən Yəməndə vətəndaş müharibəsi gedir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...