Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu müsəlman ölkəsində pulsuz işıq, su, qaz və duz dövrü başa çatdı

Elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsi dayandırılır.

Türkmənistan hökuməti 2019-ci il yanvarın 1-dən ölkə sakinlərinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır. Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi xəbər verib.

Din.az bildirir ki, qərar dünən Aşqabadda Xalq Məsləhətinin (Xalq Şurası – ölkənin ali hökumət orqanı) birinci iclasında qəbul edilib.

Eyni zamanda, Xalq Şurası 2019-ci il yanvarın 1-dən Türkmənistan əhalisini elektrik enerjisi, qaz, içməli su, xörək duzu ilə ödənişli əsaslarla, lakin güzəştli qiymətlərlə təmin edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Türkmənistan əhalisinə təbii qaz, su və elektrik enerjisi 1992-ci ildən pulsuz verilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...