Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman ölkəsində saçlarını rəngləyən qadınlar cərimələnir

Saçlara, qaşlara, dırnaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?

Türkmənistanda qadınların xarici görünüşü ilə bağlı yeni tələblərlə əlaqədar sakinlər hüquq mühafizə orqanları əməkdaşları tərəfindən sorğu-sual olunur və cərimələnir.

Din.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.

İnformasiyaya görə, Türkmənistanın dövlət qurumlarında çalışan qadın əməkdaşların aprel ayından etibarən həddən çox makiyajdan istifadə etməsi və saçlarını boyaması qadağan edilib.

Qadınların eyni zamanda dabana qədər uzanan ətək geyinməsi tələb olunur. Geyim heç bir halda bədənə dar olmamalıdır.

Aşqabad sakinlərindən biri bazarda polis əməkdaşının onu sorğu-suala tutması barədə “Azadlıq” radiosunun müxbirinə məlumat verib.

Onun sözlərinə görə, polis onun nə üçün saçlarına və qaşlarına boya qoyduğunu soruşaraq, onu yerli polis məntəqəsinə aparıb.

Polis əməkdaşı eyni zamanda qadını geyiminin çox dar olduğuna görə tənbeh edib.

“Sən dövlətin siyasətinə qarşı çıxırsan? Saçlara, qaşlara, dırnaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?”, – deyə polis əməkdaşı gileylənib.

Şikayətçinin sözlərinə görə, polis əməkdaşı yalnız 150 manat cərimə pulu aldıqdan sonra onu sərbəst buraxıb. Ancaq cərimə haqqında heç bir qəbz verilməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...