Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu müsəlman ölkəsində şort geyinmək qadağan edildi

Saat 19:00-dan 05:00-dək şəhərdə motosikletdən istifadə qadağan edildi.

İraqın Kərkük şəhərində Ramazan ayı boyunca kişilərin şort geyinməsi qadağan edildi.

Din.az xəbər verir ki, Kərkük polisinin qəbul etdiyi bu qərarı pozan 20 nəfər artıq saxlanılıb.

Polis həmçinin saat 19:00-dan 05:00-dək şəhərdə motosiklet istifadəsini də qadağan edib.
Şəhər Polis İdarəsinin müdiri Əli Kamal Abdürrazik ailələrin etirazından sonra ictimai yerlərdə belə qadağaların tətbiqinin gündəmə gəldiyini deyib.

“Vətəndaşlar .ort geyinən gənclərin insanları narahat etdiyini. Ənənələrdən uzaq bu geyimin ictimai yerlərdə çirkin görüntü yaratması ilə bağlı şikayət edirlər. Biz də həmin şikayətləri nəzərə alaraq belə qərar qəbul etdik”.

Saxlanılan şəxslərə hansı cəzanın veriləcəyi bilinmir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...