Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu müsəlman ölkəsini həkimlər kütləvi şəkildə tərk edir – SƏBƏB

Tunisli həkimlər müntəzəm olaraq maaşlarının gecikməsindən şikayət etdilər.

Qeyd edilir ki, xaricdə tibb təhsili alan tələbələrin yarısından çoxu da ölkələrinə geri dönmək istəmirlər.

Din.az-ın verdiyi xəbərə əsasən, səhiyyə sahəsinin işçiləri kütləvi surətdə Tunisi tərk edirlər. Bununla bağlı olaraq, artıq ölkədə tibb işçisi çatışmazlığı yaşanır.

Yaxın aylarda Tunisi 1,5 minə yaxın həkim də tərk edəcək, 2022-ci ilədək isə ölkə 2700 ixtisaslaşmış tibb işçisindən məhrum olacaq.

Qeyd edilir ki, xaricdə tibb təhsili alan tələbələrin yarısından çoxu da ölkələrinə geri dönmək istəmirlər.

Tunisin Ümumi Həmkarlar İttifaqının Baş katibi Nurəddin Təbbubi bildirib ki, buna səbəb isə 300 adda dərmanın kəskin çatışmazlığı, avadanlıq və alətlərin olmaması, həmçinin infrastrukturun ümumi dağılmasıdır.

Üstəlib, məlum olub ki, tunisli həkimlər müntəzəm olaraq maaşların gecikməsi ilə üzləşirlər. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...