Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu müsəlman ölkəsinin lideri yenidən İrəvana gəlir

Livan Prezidenti Mişel Aun İrəvanda keçiriləcək Frankfoniya sammitində iştirak edəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan Livanın Ermənistandakı səfiri Maya Daqeri ilə görüşüb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Tərəflər Ermənistan-Livan münasibətlərini müzakirə ediblər. Daqeri həmçinin Livan Prezidenti Mişel Aunun İrəvanda keçiriləcək Frankfoniya sammitinə qatılacağını bildirib.

Qeyd edək ki, Frankfoniya sammiti oktyabrda İrəvanda keçiriləcək. Tədbirə dünyanın bir sıra liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun qatılması gözlənilir.

Aun sonuncu dəfə Ermənistana cari ilin fevralında gəlib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...