Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu müsəlman ölkəsinin səhiyyə nazirinin müavini intihar edib

Ekspertiza zamanı orqanizmindən fenobarbital maddə aşkarlanıb.

Tatarıstanın səhiyyə nazirinin müavini Yelena Şişmaryova intihar edib.

Din.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsi məlumat yayıb.

Nazir müavininin meyiti Stolbişe qəsəbəsində evində aşkar edilib.

Onun ölümü kriminal xarakterli deyil. Müşahidə kamerası vasitəsilə hadisə yerində əlavə iz aşkar olunmayıb. Ekspertiza zamanı onun orqanizmindən fenobarbital maddəsinin izi aşkarlanıb. Başqa adı “lüminal” olan bu preparatdan epilepsiyaya qarşı istifadə edilir.

Bu səbəbdən də hadisə ilə bağlı cinayət işi açılmayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...