Bu müsəlman şəhərində ermənilərə qarşı aksiya keçirilib – VİDEO

Bir qrup erməninin Türkiyə bayrağını yandırması etirazlara səbəb olub.
Livanın paytaxtı Beyrutda yüzlərlə sakin etiraz aksiyası keçirir.
Din.az bildirir ki, aksiyaya səbəb aprelin 24-də bir qrup erməni mənşəli sakin tərəfindən Türkiyə bayrağının yandırılması olub.
Etiraz edənlər Türkiyə bayraqları ilə Beyrut küçələri ilə hərəkət edib. Anti-erməni aksiyalarda yeniçəri marşları da səsləndirilir.
Aksiya iştirakçıları Beyrutda yaşayan ermənilərə səslənərək anti-Türkiyə təbliğatını dayandırmağı tələb edib. / Trend.az