Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu müsəlman şəhərini ilk dəfə qadın idarə edəcək

Tunisin eyniadlı paytaxtının ilk qadın bələdiyyə başçısı …

Tunisdə keçirilən bələdiyyə seçkilərinin nəticəsi açıqlanıb.

Din.az xəbər verir ki, seçkidə Nahda Hərəkatı Partiyasının namizədi Suad İbrahim qazanıb. Bununla da o, Tunisin eyniadlı paytaxtının ilk qadın bələdiyyə başçısı olacaq.


İlkin nəticələrdə onun 27,5 faiz səs topladığı deyilirdi. Dövlət televiziyasının açıqlamasında isə qeyd edilib ki, Suad İbrahim 33,8 faiz səs toplayıb. Nahda Partiyasından sonra ikinci yerdə 25,8% səslə Nida Tunis Partiyası, üçüncü yerdə isə 10,7% səslə Demokratik Harəkat Partiyası yer alıb.

Seçki Komissiyasının açıqlamasına görə, inqilabdan sonra keçirilən ilk yerli seçkilərdə ölkədəki 5 milyon 369 min seçicidən 1 milyon 796 min 154 nəfər iştirak edib. Ümumilikdə seçkilərdə əhalinin 33,7%-i iştirak edib. Seçkinin rəsmi nəticələrinin mayın 9-na qədər elan edilməsi gözlənilir.

Qeyd edək ki, Tunisdə inqilabdan sonra keçirilməsi gözlənilən seçkilər 4 dəfə təxirə salınmışdı. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...