Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bu necə müsəlmançılıqdır, necə Allaha boyun əyməkdir?

Share Button

Nə üçün nümunəvi mömin ola bilmirik? Çünki ölçümüz Allahın sözləri deyil, ətrafımızdakı insanlardır.

Əvvəl özümüzə, sonra isə ətrafımızdakı insanlara nəzər yetirsək, hamı necə də yaxşıdır! Elə deyil? “Mən pisəm” deyən insan var? Kimdən soruşsan, hamı qalbinin təmiz olduğunu deyəcək. Halbuki insanın yaxşılığı Allahın ayələri səbəbilədir. Allahın sözlərinə uyğun olmadıqca, kim kimə və nəyə görə “mən yaxşıyam” deyə bilər?

İnsanlar: “Bu qədər pis insan olduğu halda, mən yenə də yaxşıyam” deyir. Quran isə belə insanlara xəbərdarlıq edir: “Özlərini təmizə çıxardanlara bir bax!” (“Nisa” surəsi, 49).

Bir çox insan müsəlmançılığı müəyyən şəxsiyyət kimi qəbul edir, “Allah var” deyir, amma elə yaşayır ki, sanki O yoxdur, Qurana inandığını deyir, amma ondan xəbəri də olmur.

Məsələn, müsəlmanlar olaraq Quranı çox sevsək də “Çox uzaqdan-uzağa, heç toxunmadan, “necə də çox sevdik səni, Quran!” deyərcəsinə onunla aramıza məsafə qoyuruq.

Bir insan Allaha inanmasına baxmayaraq, Onun sözlərini nəzərə almadan necə yaşayır? Rəbbinin nə dediyindən necə xəbərsiz olur? Hər şey üçün vaxt tapan insan, oxunub anlamağa ən layiq olan Quranı necə olur ki, açıb oxumur, dərk etmək üçün az da olsa vaxt ayırmır?

“Bu necə müsəlmançılıq, necə Allaha boyun əyməkdir?” deyə insandan soruşmazlar? “Müsəlman olmasının göstəricisi nədir? Deməzlər ki, səni digər insanlardan ayıran nədir həyatında? Nə üçün nümunəvi mömin ola bilmirik? Çünki ölçümüz Allahın sözləri deyil, ətrafımızdakı insanlardır.

Belə olduqda, insanların bəhanələri də çoxdur. Allahın bizə qarşı yaxşı və mərhəmətli olmasını gözləyərkən görəsən biz bu ümidlərə uyğun yaşayırıq? İnsan xəstələnir, saçı ağarır, beli bükülür, təmizlənməsə pis qoxu verir, sonda ölür. Amma yenə də “Həyat mənimdir, istədiyim kimi yaşayaram” deyir.

Sahib olduğumuz hər şeyi bizə verən, çətinliyə düşdükdə yalvardığımız Allah, yaxşı anlarımızda həyatımızda hansı yerdədir? Çox sevdiyimiz bir şəxsdən məktub və ya ismarış alsaq nə edərik? Lazımlı-lazımsız hər şey marağımıza səbəb olduğu halda, Allahın Quranla göndərdiyi ismarış nə üçün marağımıza səbəb olmur?

Emre DORMAN

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir