Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu ölkə büdcəni talayan nazir və şahzadələrdən 100 milyard dollar “qopardı”

100 milyard dollar məbləğində vəsait qaytarıla bilər.

Səudiyyə Ərəbistanı hökuməti 11 şahzadə və 4 nazir həbsindən sonra büdcəyə 100 milyard dollar məbləğində vəsait qaytara bilib.

Din.az xəbər verir ki, bu fikirləri krallığın vəliəhdi Məhəmməd ibn Salman deyib. O, bildirib ki, əslində büdcəyə qaytarılan məbləğ 100 milyarddan çoxdur:

“Lakin bizim üçün önəmli olan məbləğin bu və ya başqası olması deyil. Bizim üçün önəmli olan koorupsiyaya bulaşmış insanların qanun qarşısında cəza almalarının hamıya göstərməkdir. Bununla da biz bildiririk ki, bu cür hallar təkrar baş verərsə, həmin şəxslərin sonu bu cür olacaq”, – deyə Salman CBS telekanalına müsahibəsində bildirib.

Xatırladaq ki, 2017-ci ilin noyabrın 4-də Səudiyyə Ərəbistanında vəliəhd şahzadəsinin rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Komitəsi hakim ailənin nümayəndəsi olan 11 şahzadənin və krallığın hazırkı hökumətinin tərkibindəki 4 nazirin həbs edilməsinə dair qərar qəbul edib. Şahzadələrdən biri silah-sursatın tədarükü ilə bağlı qanunsuz sazişlər imzaladığı üçün həbs edilib. Digər şahzadə saxta müqavilələr imzalamaqda, daha biri isə pulların “yuyulması”nda ittiham olunub. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...