Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Bu ölkə xalqına 13 MİLYARD DOLLAR paylayacaq

Dövlət işçilərinə aylıq 1000 rial (266 dollar) əlavə ödəniş ediləcək.

Səudiyyə Ərəbistanı hökuməti 2018-ci il ərzində ölkə əhalisinə 50 milyard rial (13 milyard dollar) paylayacaq.

Din.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Bu qərarı Səudiyyə Ərəbistanı kralı qəbul edib. Ər-Riyad bunun sayəsində ölkədə artan yaşayış xərclərindən əhalini kompensasiya etməyi planlaşdırıb.

Kralın qərarına əsasən, dövlət işçilərinə aylıq 1000 rial (266 dollar) əlavə ödəniş ediləcək. Hökumətin verəcəyi kompensasiyadan təqaüdçülər və hərbçilər də faydalana biləcək.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanında dövlət sektorunda 1,2 milyon nəfər şəxs çalışır.

Ər-Riyad bir müddət öncə benzinin qiymətini iki dəfə artırmışdı. Bundan başqa əlavə dəyər vergisində də 5% artım qeydə alınmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...