Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Bu ölkədə 700 il ərzində ilk məscid tikildi

Şəhərdə müsəlmanların müvəqqəti ibadət yeri xilas edildi.

İspaniyanın “Sevilya” futbol klubunun əfsanəsi, şəhərin müsəlman icmasının üzvü Frederik Kanute sayəsində Sevilya şəhərində 700 il ərzində ilk məscid inşa olunacaq.

Din.az xəbər verir ki, məscidin tikintisi üçün gərəkli olan 300 min avro vəsait keçmiş oyunçunun təşəbbüskarlığı ilə toplanıb.

F.Kanute hələ klubun oyunçusu olanda şəhərdə müsəlmanların müvəqqəti ibadət yerinin xilas edilməsinə təqribən 600 min avro ianə edib.

Sevilyada ilk məscidin tikintisi layihəsində Benjamen Mendi (Mançester Siti) və Abdulaye Dukur (Uotford) kimi futbolçular da iştirak edir. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...