Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Bu ölkədə 800-ə yaxın məscid sökülə bilər

Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.

Qazaxıstanda xalqın dövlətdən icazə ala bilmədiyi üçün şəxsi imkanları çərçivəsində tikdiyi məscidlər sökülə bilər.

Din.az xəbər verir ki, Çimkənd şəhəri və Türküstan bölgəsində belə məscidlərin sayı 800-ə yaxındır.

Qazaxıstan Şəhərsalma və Tikinti Planlanma İdarəsinin məlumatına görə, son 13 ildə cəmi 8 məscidin inşasına rəsmi icazə verilib. Digər məscidlər isə qeyri-qanuni tikinti adlandırılıb.

Qeyd edək ki, apreldə ibadət mərkəzləri ilə bağlı qanuna edilən dəyişikliklərdə məktəblərə 300 metr məsafədəki məscidlərin sökülməsi barədə də qərar verilmişdi. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...