Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Bu ölkədə “halal” sözü işlədən türklər həbs edilir…

Çinin müsəlman-türk uyğur xalqına qarşı təzyiqləri davam edir.

“Demokratik” adlanan Qərb dünyası ifrat azadlıq, totalitar, diktatura rejimləri isə ifrat qadağalar vasitəsi ilə insanları Allahdan, əsl bəşəri dəyərlərdən uzaqlaşdırmağa çalışır…

Çinin kommunist rəhbərliyi Sincan-Uyğur muxtar rayonunda müsəlmanların tərbiyə edilməsi üçün yaradıldığı çoxdan bəlli olan qeyri-rəsmi həbs düşərgələrini təcili şəkildə leqallaşdırmağa qərar verib.

Bu arada “ekstremizm əlamətləri” sırasına mövcud müsəlman türk adlarını daşımaq, Ramazanda oruc tutmaq, saqqal saxlamaq, hicaba bürünmək, qeyri-ərzaq əşyalar və davranışlarla bağlı “halal-haram” sözünü işlətmək, yeniyetmələrin məscidə getməsi, dövlət televiziyasını baxmamaq, övladlarını dövlət müəssisələrində oxutmaqdan imtina etmək və s. də daxil edilir. Bir sözlə, belə anlaşılır ki, Çində müsəlman, türk kimliyi olan hər kəs bu xüsusi düşərgələrə göndəriləcək…

Bu ilin avqust ayında BMT ekspertləri Sincan – Uyğur rayonunda 1 milyona yaxın uyğurun “tərbiyə düşərgələri”ndə saxlanılması haqda məlumat verib. Həmin düşərgələrdən möcüzə nəticəsində qurtulmuş bəzi dustaqların söylədiklərindən bəlli olur ki, bu “mərkəzlər” faktiki olaraq dağlarda həbsxanalardır. Belə bir açıqlama ilə bu ilin iyul ayında Qazaxıstan məhkəməsində Çindəki “tərbiyə düşərgəsi”ndən qaçmış keçmiş uyğur müəllim çıxış edib…

P.S. Kimsə deyə bilər ki, bəlkə də müsəlman-türk uyğur xalqına qarşı münasibətlə bağlı faktları Çini planları qarşısında böyük maneə kimi gərən ABŞ, Qərb dünyası bilərəkdən öz nəzarətlərində olan media vasitəsi ilə şişirdir. Lakin bütün hallarda belə informasiyaların sayı gündən-günə artır və bu, Çin kimi, ən azı, əhali baxımından nəhəng bir ölkədə növbəti silahlı münaqişə ocağı yaranmasına gətirib çıxara bilər. Bu, həm də insan azadlıqlarına, səmavi dinlərə qarşı basqı mənasında bəşəri təhlükədir.

“Demokratik” adlanan Amerika, Qərb dünyası ifrat nəfs azadlığı, totalitar, diktatura rejimləri isə ifrat qadağa, təzyiq və cəzalar vasitəsi ilə insanları İslamdan, Allahdan, bütövlükdə əsl bəşəri dəyərlərdən, təbii, milli, ailə özəlliklərindən uzaqlaşdırmağa çalışır. Sözsüz ki, bu gedişin sonu dəhşətli qlobal fəlakətdir… / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...